
Ağır yaralanan qazimiz Elnur Xəlilovun “YAŞAT” Fondu tərəfindən müalicə xərcləri və borc öhdəlikləri qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb.
Bu barədə Modern.az-a Fonddan məlumat verilib.
Bildirilib ki, Fond tərəfindən dəstək tədbirləri davam etdirilir.
Qeyd edək ki, Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (//yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.