Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançı məhkəmədə ifadə verib

 

Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə xəsarət yetirməkdə təqsirləndirilən idmançı Rəvan Nəbizadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Milletinsesi.az  xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hər iki tərəf işin aidiyyəti üzrə ifadələr veriblər.

Məhkəmənin növbəti iclası sentyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn R.Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb.

R.Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

İdmançı bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

N.Babayev və R.Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. N.Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, beş medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.

 

Mənbə

Share: