QHT-lər vasitəsilə büdcə necə talanır?

Eh ,Azərbaycan! Sən nə imişsən! Bir tərəfdən hökumət təşkilatları sənin varını talayır, o biri tərəfdən qeyri-hökümət təşkilatları… Yalnız sadə vətəndaşların yeyə bilmir. Nə yemək , heç qabın dibini də yalamağa qoymurlar. Nə yalamaq, heç iyini göstərmirlər.

Əslində, QHT vasitəsilə pul qazanmaq daha asandır;

Gedirsən bir qeyri-hökumət təşkilatı yaradırsan; sədri sən olursan, mühasibi dostun olur, iş icraçısı oğlun, restoran danışan həyat yoldaşın.

Ağ vərəqdə plan hazırlayırsan ki, mənə bu qiymətə kompüter lazımdır, bu qiymətə ofis lazımdır, bu qiymətə çay içəcəyik və s. Ədliyyədə və Qrant ayıran yerdə adamın da varsa, kefdəsən; hər dəfə qrant udursan..Özü də xırda pullar deyil ha.. Alıb elə xərcləyirsən, ləzzətlə. Yoxlayanı və nəzarət edəni də yoxdur.

Qrant ayrılan QHT-nı araşdırsan hamısının arxasında iri məmurlar, ya onların qohum əqrəbaları çıxacaq. Heç kasıba da havayı pul yedirirlər?
Kasıbın boğazından kəs, sahibkarın dərisini soy, əlilinin pulunu kəs büdcəni doldur, sonra həmin büdcəni talamağı bir qrupa tapşır. Onlar da istədiyi kimi paylasınlar.

Bu haqda İSAM sədri Samir Adgözəlli də hər gün özünün feysbuk səhifəsində paylaşımlar edir.

 

Samir Adgözəlli:

“Heydər Əliyevin Şuşa sevgisi ” adlı layihəyə 35000 manat pul ayrılıb. Şuşada keçirilməsi nəzərdə tutulan tədbir keçirilməyərək, saxta hesabla bu rəqəm silinib.

Samir Adgözəlli:
“QHT Agentliyi 3 ayın təşkilatına 8000 qrant ayırıb.
” Jurnalistika Sənətkarlığına Dəstək” ictimai birliyi bir ayın içində qeydiyyatdan keçib və qrant müsabiqəsinə sənəd təqdim edib. İki ay sonra qalib elan olunur və 8000 manat qrant ayrılır.
QHT Agentliyində belə bir qayda var idi ən azı bir il fəaliyyəti olmalıdı.
Bir il fəaliyyəti olan təşkilata isə ən yuxarı 5000 manat qrant ayrıla bilərdi.
Agentlik qanunsuzluq edərək, qəbul edilmiş qaydaları kiminsə xətrinə dəyişərək 3 ayın təşkilatına 8000 manat qrant verir. Və bu tək hal deyil.
Necə olur təşkilatlar var 5-10 ildir qeydiyyat gözləyir.
Bunlar isə bir zəngə hər işlərini görürlər”.

Samir Adgözəlli:

QHT Agentliyi Milli Məclisin şöbə müdürinin “təşkilayına 20 min manat qrant ayırıb”.

Təşkilatın adı “İnkişafa Doğru İnteqrasiya” ictimai birliyi. Pulu da alıb “Üç dəniz Əfsanəsi” filminin hazırlanması və təqdimatına görə..

Əziz insanlar! MM hara, kino hara, film hara.. Azdrama var, rejissorlar var, aktyorlar var. Kino işi onlarındır. Niyə heç kim öz işi ilə məşğul olmur..?

Birliyin adı da əladır, hazırladığı kinonun da.. Həmin kinoya baxmaq istədim. Nə Google-da, nə fə Youtube-da çıxmadı. Yəqin, MM-in arxivində saxlanılır.

Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Talıb Əhədov