Qırğız-tacik savaşı davam etməyəcək – Valday

Qırğızıstanla Tacikistan arasında baş verən sərhədyanı münaqişə uzunmüddətli olmayacaq, tərəflərin qarşıdurmanı davam etdirmək üçün resursları yoxdur.

Millətin Səsi.az  xəbər verir ki, bunu “Valday” klubunun İnkişaf və Dəstək Fondunun sədri Şura sədri Andrey Bistritski deyib.

“Ümid edirəm ki, Qırğızıstanla Tacikistanın sərhədyanı qarşıdurması sakit münaqişəyə çevrilməyəcək. Hakimiyyət bunu mümkün qədər tez və sülh yolu ilə həll etmək istəyir. Həm Bişkekin, həm də Düşənbənin genişmiqyaslı qarşıdurma üçün resursları çatmır”, – o əlavə edib.

Share: