Qırğızıstan-Azərbaycan İnkişaf Fondu inkişaf işinə, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin yaradılmasına xidmət edəcək.
Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.
“Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, yarım il bundan qabaq biz onu Bakıda qəbul etmişdik, bu gün mən Bişkekdəyəm. Bu, onu göstərir ki, biz nəzərdə tutduqlarımızı daha tez həyata keçirmək niyyətindəyik və nəticələrə hədəflənmişik. Məmnunluqla deməliyəm ki, Bakı görüşü zamanı nəzərdə tutduqlarımızın bir hissəsi artıq icra olunub”, – dövlət başçısı vurğulayıb.