Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi rəhbərindən “Akıncı” paylaşımı – FOTO

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi rəhbərindən “Akıncı” paylaşımı – FOTO

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev öz “Facebook” səhifəsində “Bayraktar Akıncı” pilotsuz uçuş aparatı ilə fotosunu yerləşdirib.

 

“Akıncı” bizimdir. Sağ olsun qardaş xalq”, – deyə o, paylaşımını şərh edib.

 

Bəzi məlumatlara görə, fotolar Türkiyədə çəkilib.

 

Sosial şəbəkə istifadəçiləri hakimiyyətin yeni dronlar əldə etmək niyyətində olduğunu iddia ediblər.

 

DMTK-nin mətbuat mərkəzi daha sonra məsələ ilə bağlı şərh verəcəyini vəd edib.

Mənbə

Share: