Qırğızıstan XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu PİSLƏDİ

Qırğızıstan XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu PİSLƏDİ

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan XİN-nin “Twitter“ səhifəsində paylaşım edilib.

 

XİN həmçinin səfirliyin mühafizə xidmətinin rəhbərinin vəfatı ilə əlaqədar Qırğızıstanın Azərbaycana başsağlığını bildirib.

 

“Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırırıq” – XİN vurğulayıb.



Mənbə

Share: