Son sutka ərzində Qırğızıstanda 9 nəfər COVID-19 koronavirusuna yoluxub və xəstələrin sayı 116 nəfərə çatıb.
Bununla bağlı Qırğızıstan koronavirusla bağlı Respublika Qərargahı məlumat yayıb.
Bildirilib ki, 5 xəstə sağalıb, 5 nəfər isə reanimasiya şöbəsindədir, onların vəziyyəti çox ağırdır.
Hazırda ölkədə karantində 1588 nəfər var. Bu günədək 9128 test həyata keçirilib.