Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ölkədə uran hasilatını qadağan edən qanunu imzalayıb.
Trend-in məlumatına görə, qanunun məqsədi sakinlərin sağlamlığı, eləcə də ətraf mühitin mühafizəsidir.
Qanuna əsasən, ölkə ərazisində uran və torium hasilatı, kəşfiyyat işləri, ölkə daxilinə radioaktiv xammalın və tullantıların idxal olunması qadağan olunur.
Qeyd edək ki, İssık-Kul vilayətində uran yatağının işlənməsi mart-aprel aylarında böyük etirazlara səbəb olmuşdu. Hasilatın qadağan olunması ilə bağlı petisiyanı 20 mindən çox sakin imzalamışdı. Ölkə parlamentində uran hasilatını qadağan edən qanun oktyabrın sonunda qəbul edilmişdi.