“Qırmızı dənizdə vəziyyət pisləşməkdə davam edir”

Qərbin Yəməndəki husi üsyançılarına qarşı atdığı addımlara baxmayaraq, Qırmızı dənizdə gəmiçilik üçün təhlükəsizlik vəziyyəti pisləşməkdə davam edir.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Biz güman ki təhlükənin pik həddini görməmişik. Husilərin bu hücumlar üçün istifadə etdiyi silahlar müxtəlifliyi ilə seçilir. Amma beynəlxalq ictimaiyyətin gəmilərin təhlükəsiz keçidinə nə vaxt və necə təminat verə biləcəyi ilə bağlı dəqiq fikir yoxdur”, – “AP Moller-Maersk” korporasiyasının baş direktoru Vinsent Klerk agentliyə deyib.

“Norden” gəmiçilik və logistika şirkətinin baş direktoru Yan Rinbonun fikrincə, Qırmızı dənizdə vəziyyəti sabitləşdirmək mümkün olmayıb. “Əksinə, vəziyyət getdikcə pisləşir. Gəmiçilik sahəsində işlədiyim 29 il ərzində belə bir şey görməmişəm”, – “Bloomberg” onun sözlərindən sitat gətirib.

Agentliyin məlumatına görə, Yaponiyanın “Mitsui O.S.K. Lines” gəmiçilik şirkəti ən azı yaxın 2-3 ay ərzində gəmilərinin marşrutlarını dəyişəcəyini bildirib.

Mənbə

Share: