Qırmızı kitaba düşən quşları ovlayan şəxs tutuldu

Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi ilə Qızılağac Milli Parkının əməkdaşları ekoloji cinayətləri törədənlərə qarşı birgə uğurlu reyd keçiriblər.

Milletinsesi.az xəbər verir ki, Masallı rayonu Qədirli kəndində Qızılağac Milli Parkının xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonasında olan Böyük körfəz su sahəsində qanunsuz ov edən həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Çingiz Əməs oğlu Əmiraslanov saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd taxta qayıq, 1 ədəd taxta avar, 1 ədəd qoşalüləli sənədsiz və nömrəsiz ov silahı və həmin ov silahı ilə qanunsuz ovladığı 1 ədəd adi qaşqaldaq, 2 ədəd ördək və 1 ədəd qırmızı kitaba düşən sultan toyuğu quşları aşkar edilərək maddi sübut kimi götürülüb. Nəticədə təbiətə dəymiş maddi ziyanın məbləği 1039 manat 50 qəpik müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Share: