Qızdırıcının partlaması nəticəsində 4 uşaq anası öldü

Qızdırıcının partlaması nəticəsində 4 uşaq anası öldü

Tovuzda qaz partlayışı nəticəsində yanıq xəsarətləri alan gənc qadın xəstəxana ölüb.

 

Moderator.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Aytəkin Abbasova həkimlərin müdaxiləsinə baxmayaraq, bu gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, yanvarın 30-da Tovuzun Xatınlı kəndində evin hamamında qızdırıcı partlamış, kənd sakini 1996-cı il təvəllüdlü Aytəkin Abbasova bədənin 2-3 dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

 

Aytəkin Abbasova 4 uşaq anası olub.

Mənbə

Share: