“Qızıl topu” kim alacaq ?

Bu gün “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının sahibi müəyyənləşəcək.

 

Millətin Səsi.az  xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Mükafata əsas namizədlər Robert Levandovski (“Bavariya”), Lionel Messi (PSJ), Kərim Benzema (“Real”) və Kriştiano Ronaldo (“Mançester Yunayted”) göstərilir. Ümimilikdə isə “Qızıl top”a 30 futbolçu iddialıdır.

Qapıçı: Canluici Donnarumma (“Milan”, İtaliya / PSJ, Fransa)

Müdafiəçilər: Leonardo Bonuççi, Corcio Kyellini (hər ikisi “Yuventus”, İtaliya), Ruben Diaş (“Mançester Sit”, İngiltərə), Sezar Aspilikueta (“Çelsi”, İngiltərə), Simon Kyaer (“Milan”, İtaliya)

Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”, İtaliya), Luka Modriç (“Real Madrid”, İspaniya), Kevin de Bröyne, Fil Foden, Riyad Mahrez (hamısı “Mançester Sit”, İngiltərə), Jorjinyo, N Qolo Kante, Meyson Maunt (hamısı “Çelsi”, İngiltərə), Pedri (“Barselona”, İspaniya), Brunu Fernandeş (“Mançester Yunayted”, İngiltərə)

Hücumçular: Lautaro Martines (“İnter”, İtaliya), Kərim Benzema (“Real Madrid”, İspaniya), Rahim Sterlinq (“Mançester Sit”, İngiltərə), Kriştianu Ronaldu (“Mançester Yunayted”, İngiltərə), Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ, Fransa), Erlinq Holann (“Borussiya” Dortmund, Almaniya), Romelu Lukaku (“Çelsi”, İngiltərə), Harri Keyn (“Tottenhem”, İngiltərə), Robert Levandovski (“Bavariya”, Almaniya), Jerar Moreno (“Vilyarreal”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Luis Suares (“Atletiko”, İspaniya).

Qeyd edək ki, qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində müəyyənləşən “Qızıl top” mükafatı pandemiya səbəbindən ötən il heç bir oyunçuya verməyib. 2019-cu ildə isə bu mükafatı Lionel Messi qazanıb.

Qol.az

Share: