Yaxın Şərqdəki münaqişə ilə əlaqədar qlobal nüvə təhlükəsizliyinə təhlükə getdikcə artır.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bruney Darüssəlamın ikinci xarici işlər naziri Erivan Yusof ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Rusiya xarici işlər naziri xatırladıb ki, ABŞ və İsrail İrana hücumun əsas səbəbini “onun nüvə bombası hazırladığına inanmaq” olduğunu iddia edirdilər, halbuki hələ ötən ilin iyununda 12 günlük İran-İsrail müharibəsindən sonra Vaşinqton “bombanın bütün komponentləri və üzərindəki bütün işlərin məhv edildiyini” bəyan etmişdi.


