Qocalmanı sürətləndirən 5 MƏHSULU tanıyın!

Alimlər orqanizmin qocalmasını ən çox sürətləndirən məhsulların siyahısını tərtib ediblər.

Saglamolun.az The Gal Post-a istinadla bildirir ki, bu marqarin, duz, şəkər, çörək və spirtli içkilərdir.

Marqarin

Transyağlar xroniki xəstəliklərin, xüsusilə ürək-damar sistemi xəstəliklərinin, inkişafı riskini artırır.

Həmçinin transyağlar orqanizmdə su balansını pozaraq qırışların daha tez əmələ gəlməsinə səbəb olur.

Duz

Duzun həddindən çox miqdarda istehlakı bir çox xroniki xəstəliklərin riskini artıraraq orqanizmin daha tez qocalmasına səbəb olur.

Şəkər

Damarların ilk düşməni olan şəkərdən həddindən artıq istifadə ürək-damar sistemi xəstəliklərinin başlıca səbəbidir.

Həmçinin şəkər dərinin daha tez qocalmasına və qırışlarla örtülməsinə səbəb olur.

Çörək

Qlisemik indeksi yüksək olan çörək orqanizmdə şəkərin səviyyəsini qaldırarır. Şəkərin artıqlığı isə qocalmanı sürətləndirən ilk amildir.

Spirtli içkilər

Alkoqol orqanizmin xroniki intoksikasiyasına səbəb olur, bütün orqan və sistemlərə ciddi ziyan vurur, dərinin qocalmasını sürətləndirir.

Share: