Qonaq getdiyi kənddə dəm qazından boğuldu

Bakı sakini Zaqatalada dəm qazından boğularaq ölüb.

Millətin Səsi.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

Belə ki, Bakı şəhər sakini 34 yaşlı Sənan Məmmədovun meyiti yaşadığı evin hamamında aşkarlanıb.

Müayinə zamanı Sənan Məmmədovun dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S. Məmmədov bayram günlərini qeyd etmək üçün doğulduğu Zaqatala rayonuna qonaq gəlibmiş.

Share: