
Qondarma Abxaziya Respublikasında seçki məntəqəsinə hücum edənlərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb və yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
“Seçki məntəqəsinə basqın edən və Abxaziyanın hüquq-mühafizə orqanlarının əməkdaşlarına avtomat silahdan atəş açan cinayətkar qruplaşmanın üzvlərindən birinin şəxsiyyəti məlum olub. Bu, Nurik Smırdır. O, cavab atəşi nəticəsində yaralanıb və xəstəxanadadır”, – o deyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin digər iştirakçılarının kimliyini müəyyənləşdirirlər.