Dünyada ilk dəfə Rusiyanın cənubundakı quşçuluq fabrikinin yeddi işçisində quş qripinin yeni ştammı təsbit edilib.
TASS-ın məlumatına görə, bu barədə “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) rəhbəri Anna Popova bildirib.
Onun sözlərinə görə, “Vektor” Mərkəzinin alimləri onların genetik materialında virus aşkar ediblər. Müəssisədə quşlar arasında yoluxma 2020-ci ilin dekabrında qeydə alınıb.
Popova bunun yeni A(H5N8) qrip növü olduğuna aydınlıq gətirib.
Nəticələrə tam əmin olduqdan sonra Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) infeksiya barədə məlumat göndərilib.
Qurum rəhbəri əlavə edib ki, yeni virus ştammının insandan insana ötürülməsi halları hələ qeydə alınmayıb. Yeni patogen quşlardan insana ötürülür, yəni növlərarası baryeri aşıb.