Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Rusiyada son sutka ərzində daha 4 711 nəfərdə COVID- 19-a yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 975 min 576-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 166 min 211 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 121 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 16 min 804-ə çatıb. Ümumilikdə 792 min 561 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda son sutka ərzində daha 11 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Bildirilir ki, ölkədə yoluxanların sayı 1 447-yə yüksəlib, virusdan ölənlərin sayı isə 17-dir. Ümumilikdə 1 190 pasiyentin isə müalicə olunaraq sağaldığı bildirilib.

Ermənistanda sutka ərzində daha 203 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 43 270-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 864-ə çatıb. Ümumilikdə 36 988  pasiyent müalicə olunaraq sağalıb, 5 153  xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 sentyabra qədər uzadılıb.

Share: