Qonşuda internet çökdürüldü, sayt bloklandı

İranda noyabr etirazlarının qurbanlarının 40 mərasimi öncəsi ölkənin bəzi şəhərlərində internetin sürəti azaldılıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Bildirilib ki, Tehran, Xuzistan, Lorestanda, Şərqi və Qərbi Azərbaycan vilayətlərinin bir çox şəhərlərində internetin sürəti azalıb və ya tamamilə kəsilib.

Güney Azərbaycanla bağlı xəbərləri işıqlandıran Günaz.tv saytına girişdə də problem yaranıb.

 

Share: