Quba, Qusar və Şabran rayonlarından 3205 şagird buraxılış imtahanlarında iştirak edib

Quba, Qusar və Şabran rayonlarından 3205 şagird buraxılış imtahanlarında iştirak edib

Martın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan buraxılış imtahanlarında Quba, Qusar və Şabran rayonlarından 3205 nəfər iştirak edib.

DİM-in Xaçmaz regional bölməsindən bildirib ki, Qubada 7, Qusarda 4 və Şabranda 2 mərkəzdə keçirilən imtahanlara 325 nəzarətçi müəllim cəlb olunub.

Ümumtəhsil müəssisələrinin məzunları üçün təşkil olunan buraxılış imtahanları saat 11:00-da başlayıb və 3 saat davam edib.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında imtahanlar təşkil edilib.(azərtac)

Mənbə

Share: