Quba yolundakı qəzada yaralanan sürücünün SON DURUMU

 

Dekabrın 15-də Bakı-Quba yolunda baş verən dəhşətli qəzada yaralanan Elçin Atayev ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Millətin Səsi.az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, dünən qəzadan sonra Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən Elçin Atayevin vəziyyəti normal olduğu üçün evə yazılıb.

Xatırladaq ki, dekabrın 15-də Bakı-Quba yolunda mikroavtobusla “TIR”ın toqquşub. Hadisə nəticəsində 6 nəfər – 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu, 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu, 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev həlak olub. Qəzada yaralanan “TIR”ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.

Mənbə

Share: