Ötən gün saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluya qarşı irəli sürülmüş ilkin ittiham ağırlaşdırılıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə partiya sədrinin vəkili Zibeydə Sadıqova məlumat verib.
Bildirilir ki, o, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddəyə əsasən, siyasətçini 8 ildən 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Vəkil qeyd edib ki, Q.İbadoğlu bir azdan Nərimanov Rayon Məhkəməsinə çıxarılacaq.