Quba rayonunda yeniyetmə qız dəm qazından zəhərlənib.
Trend-in məlumatına görə, hadisə Quba şəhəri, “32/33-cü kvartal” adlanan yaşayış massivində qeydə alınıb.
Həmin massivdə yaşayan, 2002-ci il təvəllüdlü Heybətova Validə Zaur qızı yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib.
Gənc Quba Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub. Hazırda xəstənin vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.