Qubada ata oğul qatili olub

Qubada 35 yaşlı oğlu Sərraf Vahabovu öldürən 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun məhkəmə prosesi başa çatıb.

 

Modern.az xəbər verir ki, N.Vahabov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qafqazinfo-nun məlumatına görə, sözügedən hadisə bu ilin mayında baş verib. Həmin gün Nüsrət Vahabov evə sərxoş vəziyyətdə gələrək bazardan aldığı əti doğramağa başlayıb. Bu zaman oğlu Sərraf Ramazan bayramı günü spirtli içki qəbul etməsi ilə əlaqədar atasına irad tutub. Nəticədə tərəflər arasında ciddi mübahisə yaşanıb.

 

Mübahisə əsnasında Sərraf atasına yumruqla və həyətdə istifadə olunan bellə zərbələr endirib. N.Vahabov isə oğlunu cəzalandırmaq məqsədilə cibindən çıxardığı bıçaqla onun ürək nahiyəsinə zərbə endirib. Nəticədə oğlu qanitirmədən ölüb.

 

Məhkəmə ifadə verən N.Vahabov bildirib ki, oğlu narkotik alüdəçisi olub:

 

“Hadisə günü bazardan evə gəlib aldıqlarımı mətbəxə yerləşdirən vaxt oğlu da evyanın digər tərəfində idi. Daha sonra oğlum yanıma gəldi, həmin vaxt gözləri qızarmışdı. Bir anda Sərraf başıma vurdu, başım qanadı. Qanı yumaq üçün çölə çıxanda arxadan gəlib kürəklə məni vurmağa başladı. Hər yerim yaralanmışdı. Oğlumun əlindən qurtulmaq üçün evin eyvanına tərəf getdim, bu zaman Sərraf da arxamca gəldi. Oğlum üzərimə gələn vaxt bıçaq ona batdı. Bütün bunlar iki dəqiqə ərzində baş verdi. Hər gün 200 qram araq içirdim, hadisə vaxtı evdə ikimizdən başqa heç kim yox idi. Onun ağır yaralandığını da bilməmişəm. Hadisədən sonra elə orada gözlədim, polislər gəldikdən sonra isə onlarla birlikdə getdim, əməlimdən çox peşimanam”.

 

Məhkəmədə zərərçəkənin həyat yoldaşı da ifadə verib. O bildirib ki, əri narkotik, qayınatası isə spirtli içki alüdəçisi olub. Qadının sözlərinə görə, Sərraf Vahabov narkotik maddələrin təsiri altında dəfələrlə həm onu, həm də ailə üzvlərini döyüb, anasından isə məcburi pul alıb.

 

Məhkəmədə şahid qismində dindirilmiş Çeşminaz Vahabova isə bildirib ki, hadisə günü evə daxil olan zaman oğlu ilə ərinin dalaşdığıı görüb, lakin Sərrafın necə bıçaqlandığını bilməyib:

 

“Sadəcə gördüm ki, oğlum ürəyini tutub. Sərraf mənə “Ana, atam məni ürəyimdən vurdu” dedi. Onun barmaqlarının arasından qan gəldiyini görüb suyu Səffarın üzərinə tökdüm, dedim ki, qorxmasın, ona heç nə olmayacaq. Təcili tibbi yardıma zəng etmək ağlıma gəlmədi, çağırış edəndə isə artıq gec idi. Sərraf atası Nüsrətə çox zülm edirdi, buna görə də Nüsrət ona dəfələrlə “Mənə bu qədər zülm eləmə, səni göndərəcəm” deyirdi, yəni polisə şikayət edəcəyini bildirirdi. Bunu dediyi zaman isə Sərraf atasının boynundan yapışıb ona əziyyət verirdi”.

Mənbə

Share: