Qubada görmə əlilliyi olan uşaq və yeniyetmələr üçün bayram şənliyi təşkil edilib

Qubada görmə əlilliyi olan uşaq və yeniyetmələr üçün bayram şənliyi təşkil edilib

Moderator.az xəbər verir ki, 26 dekabr 2023-cü il tarixdə  görmə üzrə əlilliyi olan 18 yaşına çatmayan şəxslər (uşaqlar) üçün bayram şənliyi təşkil edilmişdir.

 

“Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək”  İctimai Birliyi “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”nin təşkilatının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə  “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı müsabiqəsi çərçivəsində Quba, Qusar, Xaçmaz, Şabran rayonlarında yaşayan görmə üzrə əlilliyi olan  18 yaşadək uşaqlar üçün  silsilə bayram şənlikləri keçirib.

 

Bayram şənliyində  yuxarıda adları qeyd edilən rayonlar üzrə görmə imkanları məhdud  olan uşaqların iştirakı təmin edilmiş və hər bir uşaq üçün müvafiq şərait qurulmuşdur.

 

Quba regionu üzrə bayram şənliyi Quba rayonu “Şane Hotel-Restoran” da də təşkil edilmişdir. Bayram şənliklərində gözdən əlil uşaqlar üçün müyəssər oyun və “Gənc Tamaşaçılar” teatrının aktyorlarının iştirakı ilə təşkil edilmiş şou proqramlarla yanaşı, maraqlı musiqi nömrələri, viktorinalar, flaşmoblar, yemək və şirniyyat süfrəsi, eləcə də, hədiyyələr təqdim edilib. 

 

Şənlikdə  yüzdən çox  uşaq və onları müşayiət edən valideynləri iştirak ediblər.

 

Yeni il il şənliyində Sosial Xidmətlər Agentliyinin Quba-Qusar regional filialının aparıcı mütəxəssisi Faiq Mirzəliyev, Quba rayon İcra Hakimiyyəti Yetkinlik Yaşına çatman Uşaqlarla iş üzrə aparıcı mütəxəssis məsləhətçi-i-psixoloq Cahid Mustafayev, Qusar Rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Telman Kazımov  iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan “Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək”  İctimai Birliyinin sədri Reyhan Cəfərova tədbir haqqında iştirakçılara ətraflı məlumat verib, ölkəmizdə həssas kateqoriyadan olan vətəndaşlata göstərilən dövlət qayğısından söz açıb.

 

Daha sonra tədbirdə çıxış edən “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”nin sədri Səmyar Abdullayev Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən bəhs edib. Ümummilli liderin həssas kateqoriyadan olan vətəndaşlara hər zaman xüsusi qayğı göstərdiyini vurğulayan Səmyar Abdullayev, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Səmyar Abdullayev Azərbaycanın sosial dövlət kimi bütün dünyaya nümunə olduğunu, ölkəmizdə sosial layihələrin sürətlə genişləndiyini bildirib. Həm Ulu öndərin, həm də Prezident İlham Əliyevin bütün əlllər kimi gözdən əlil vətəndaşlara böyük diqqət və qayğı göstərdiyini qeyd edən Səmyar Abdullayev, buna görə dövlət başçısına öz təşəkkürünü bildirib.

 

Tədbirdə çıxış edən şənliyində Sosial Xidmətlər Agentliyinin Quba-Qusar regional filialının aparıcı mütəxəssisi Faiq Mirzəliyev, Quba rayon İcra Hakimiyyəti Yetkinlik Yaşına çatman Uşaqlarla iş üzrə aparıcı mütəxəssis məsləhətçi-i-psixoloq Cahid Mustafayev, Qusar Rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Telman Kazımov  da Ulu öndərin Azərbaycan xalqının tarixindəki həlledici roluna diqqət çəkib, Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunu müvəffəqiyətlə davam etdirdiyini vurğulayıblar.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: