Qüdsdə atışma nəticəsində 5 nəfər həlak olub

Qüdsdə atışma nəticəsində 5 nəfər həlak olub

Qüdsün şimalında baş verən atışma nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə İsrailin milli təcili tibbi yardım xidməti bildirib.

Daha əvvəl həkimlər 4 nəfərin öldüyünü, 30-50 yaş arasında olan kişilərin hadisə yerində öldüyünü bildirmişdilər. Ağır vəziyyətdə xəstəxanada aparılan bir nəfər qadın da  dünyasını dəyişib.

Bundan əlavə, milli təcili tibbi yardım xidmətinin yenilənmiş məlumatına görə, ümumilikdə 12 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Onlardan yeddisi ağır güllə yarası alıb, ikisinin vəziyyəti orta-ağır, üçü isə şüşə sınması nəticəsində yüngül xəsarət alıb.

Atışma Qüdsün şimal kənarındakı magistral yol qovşağında baş verib. Sərnişin avtobusu iki atıcının hücumuna məruz qalıb. Ynet portalının məlumatına görə, hadisəni törədən hər iki şəxs zərərsizləşdirilib.

Share: