Qundağı kəsilmiş silah satmaq istədi

Qundağı kəsilmiş silah satmaq istədi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Qaradağlı kənd sakini Alışov Vüsal İnqilab oğlu ona məxsus olan ” İJ 12″ markalı qundağı kəsik odlu silahı satmaq istəyərkən saxlanılıb.

 

Modern.az xəbər verir ki, həmin şəxsin əlində olan çantaya baxış zamanı qeyd olunan odlu silah və 4 patron aşkar olunub.

 

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Mənbə

Share: