Quql bu ölkəyə 965 milyon avro ödəyəcək

Quql Fransada vergiləri ödəməmək işi üzrə məhkəməyəqədər nizamlama çərçivəsində ümumilikdə 965 milyon avro ödəyəcək.

Milletinsesi.az  Azərtac-a istinadən xəbər verir ki, bu məbləğə 500 milyon avro cərimə ilə yanaşı, əvvəllər ödənilməmiş 465 milyon avro vergi də daxildir.

“Bu razılaşmalar özündə bu gün Fransa məhkəməsində səslənmiş 500 milyon avronun ödənilməsini, həmçinin bizim ödəməyə razı olduğumuz 465 milyon avro əlavə vergini ehtiva edir”, – kompaniyanın bəyanatında belə deyilir.

 

Share: