Qurban Yetirmişli: “Hazırda kiçik təkanlar var”

“Xəzər dənizində baş verən zəlzələnin afterşok sahəsinin uzunluğu 37 kilometr və eni 18 km olub”.

 

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, zəlzələ zamanı heç bir fəsad, dağıntı olmayıb:

 

“Təkan 10 saniyədən az bir müddətdə baş verib və heç bir dağıntı qeydə alınmayıb. Hazırda kiçik təkanlar var və olmalıdır. Yəni afterşoklar, enerji boşalmaları gedir. Güclü təkanlar olub və cihazlar bunları qeydə alıb. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Ola bilsin ki, arada 3 maqnitudada hiss edilən zəlzələ baş versin. Birinci təkandan sonra ikinci təkan daha az olur. Bunun çox olması mümkün deyil”.

O qeyd edib ki, əhali sosial şəbəkədəki yayılan məlumatlara inanmasınlar:

 

“Dünənki təkanın qorxusu yoxdur. Ancaq rəsmi xəbərlərə inansınlar”.

 

 

Mənbə

Share: