“Qureyş” surəsinin nazil olmasının dastanı

Qurani-Kərimin “Qureyş” surəsi bu qövm haqqında nazil olmuşdur. Belə ki, Qureyş qəbiləsi yay və qış fəsllərində Yəmən və Şam vasitəsilə öz xərclərini təmin edirdilər. Məkkədən dəri və dəniz məhsulları və istiot yükləyir, Şama aparardılar. Şamda paltar, xalis buğda və lobya məhşur idi. Onu satın alardılar. Bu səfər səbəb olur ki, qəbilə başçıları arasında ülfət meydana gəlsin. Nə zaman bu iki səfərdən birinə gedərdilər, Qureyşin böyüklərindən birini öz rəhbərləri təyin edərdilər. Həyat xərclərini bu yolla təmin edərdilər.

O zaman ki, Allah Təala Həzrət Peyğəmbəri (s) məbus edir, Qureyş əhli səfərdən ehtiyacsız olur. Çünki Hicaz əhalisi Məkkəyə gələrdilər. Həm Həzrəti (s) ziyarət edərdilər və həm də Kəbəni təvaf edərdilər. Ona görə Allah Təala bu surədə buyurur: “Bu Evin (əzəmətli Kə’bənin) Rəbbinə ibadət etsinlər. O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı”. (“Qureyş” 3-4).

Artıq onların Şama getməyə ehtiyacları qalmır və Allah onları aclıqdan xilas edir.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, “Qureyş” surəsini çoxlu tilavət edər, Qiyamət günü behişt miniyinə minmiş halda məbus edəcəkdir”.

Milli.Az

Share: