
BMT Baş katibi Antoniu Quterriş Fələstinin HƏMAS hərəkatının hərəkətlərinə haqq qazandırdığına dair ittihamları qətiyyətlə rədd edib.
Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
“Dünən Təhlükəsizlik Şurasında verdiyim bəzi bəyanatların yanlış şərh edilməsi məni şoka saldı. Guya ki HƏMAS-ın İsraildəki terror aktlarına bəraət qazandırmışam. Bu, belə deyil. Bu, mənim mövqeyimin əksinədir”, – o jurnalistlərə deyib.
Xatırladaq ki, daha əvvəl İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT baş katibini vəzifəsindən istefa verməyə çağırmışdı.