Qvardiola istefaya göndərilə bilər

“Mançester Siti” mövsümün sonu baş məşqçisi Xosep Qvardiola ilə yolları ayıra bilər.

Qol.az “The Athletic” nəşrinə istinadən yazır ki, bu, onun komandasının Çempionlar Liqasını qazanmayacağı təqdirdə baş verəcək.

Bildirilir ki, Pepin “Siti” ilə müqaviləsi 2021-ci ilin yayına qədər olsa da, klub rəhbərliyi ona indidən əvəzləyici axtarır.

Share: