Qvatemalada Fueqo vulkanı püskürməyə başlayıb

Qvatemalanın xilasetmə xidmətləri respublikanın paytaxtı Qvatemala şəhərindən 50 km məsafədə yerləşən Fueqo vulkanının püskürməsinin başlandığını elan edib.

Trend TASS-a istinadən xəbər verir ki, lava axınlarının 1,5 km uzunluğa çatdığı, vulkanın üzərində 5 km məsafəyə yayılan sütunun göründüyü qeyd edilir. Vətəndaşların təxliyyəsi barədə hələ məlumat verilməyib.

Fueqo vulkanının son böyük püskürməsi 3 iyun 2018-ci il tarixində baş verib və 200-dən çox insanın ölümü ilə nəticələnib.

Share: