Qvatemala məhkəməsi ölkənin keçmiş prezidenti Otto Peres Molinanı daha bir korrupsiya işi üzrə 8 il müddətinə azadlıqdan məhrum edib. Cəza, təqsirinin etirafı ilə əlaqədar yüngülləşdirilib.
Bu barədə Mərkəzi Amerika ölkəsinin Baş Prokurorluğu eksdə açıqlama yayıb.
“Peres Molina Cəzasızlıqla mübarizə üzrə xüsusi prokurorluğun ona qarşı irəli sürdüyü cinayətlərə görə məsuliyyət daşıdığını etiraf edib, bununla əlaqədar məhkəmə onu dələduzluqda ittiham edərək 2 il azadlıqdan məhrumetmə, rüşvət almaya görə 2,5 il və 250 min ketsal (31 min dollar) məbləğində cərimə, çirkli pulların yuyulmasına görə 3,5 il və 10,5 milyon kvetzal (1,3 milyon dollar) məbləğində cərimələməyə qərar verib”, – açıqlamada qeyd olunub.
Xatırladaq ki, 2022-ci ilin dekabrında 2012-ci ilin yanvarından 2015-ci ilin sentyabrın əvvəlinə kimi ölkəyə rəhbərlik edən eks-prezident cinayətkar sövdələşmə və gömrükdən yayınma ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Baş Prokurorluq və BMT-nin maliyyələşdirdiyi Qanunsuzluğa qarşı Komissiya 2015-ci ilin yazında gömrük orqanlarının fəaliyyətində irimiqyaslı korrupsiya sxeminin üstünü açıb. İttihamlara səbəbindən həmin ilin sentyabrında parlament Peres Molinadan məhkəmə toxunulmazlığını alıb, bundan sonra onun istefasını qəbul edib. Daha sonra məhkəmənin qərarı ilə sabiq dövlət başçısı həbs edilib.