“Zirə”yə keçidimdə qeyri-adi bir şey baş vermədi. Mənə təklif göndərdilər, fikirləşdim və qərar qəbul etdim”.
Bu fikirləri “Zirə”nin yeni transferi Şəhriyar Rəhimov deyib.
31 yaşlı müdafiəçi “Səbail”dən ayrılmaq üçün xüsusi səbəbinin olmadığını bildirib. Rəhimov karyerasında dəyişiklik etmək istəyi ilə bu addımı atdığını söyləyib: “Mənim üçün “Səbail”də hər şey yaxşı idi. İlk ilimdə Avropa Liqasına da vəsiqə qazandıq. Sadəcə, karyeramda dəyişiklik etmək qərarına gəldim”.
Təcrübəli futbolçu qəsəbə təmsilçisinin yeni baş məşqçisi Rəşad Sadıqov barədə də danışıb: “Sadıqov çox tələbkar və nizam-intizama fikir verən baş məşqçidir. Bu isə komandanın yaxşı formalaşmasında çox vacib amildir.
“Zirə”nin hazırkı məqsədi əzmkar komanda qurmaqdır. Hamıya bəllidir ki, klubda çoxlu dəyişikliklər olub. İnanıram ki, qarşıdakı mövsüm bizim üçün uğurlu olacaq” (Report).