Rəşid Behbudovun xatirə gecəsi keçirildi

Bank VTB-nin (Azərbaycan) dəstəyi ilə R.Behbudov adına Mahnı Teatrında dahi sənətkar, SSRİ xalq artisti R.Behbudovun xatirə gecəsi keçirilib.

Milletinsesi.az xəbər verir ki, tədbirdə incəsənət və ictimai xadimlər, eləcə də biznes nümayəndələri iştiak edib.

“Bank VTB (Azərbaycan) öz sosial fəaliyyətində mədəni irsin inkişafına xüsusi yer ayırır. 10 illik fəaliyyəti çərçivəsində bank bir sıra ictimai əhəmiyyətli layihələrə imza atıb. Budəfəki layihəmiz görkəmli şəxsiyyət Rəşid Behbudova həsr olunub. Belə ki, bu il Rəşid Behbudovun anadan olmasından 105 il ötdüyünü nəzərə alaraq, 2020-ci ilin təqvimini unudulmaz müğənninin xatirəsinə həsr etmişik. Bu gün də onun xatirəsini elə özünün qurduğu Mahnı Teatrında anırıq”, – deyə Bank VTB-nin (Azərbaycan) idarə heyətinin sədri Yevgeni Kirin bildirib.

“Rəşid Behbudov Azərbaycanla Rusiya arasında bir körpüdür. O, Azərbaycanla yanaşı Rusiyada da bu gün də sevilir. Bank VTB-nin belə bir layihəni reallaşdırması təqdirəlayıqdır”, – Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev qeyd edib.

Tədbirdə xalq artisti Gülyanaq Məmmədova, əməkdar artistlər Aygün Zeynalova, Fəxri Kazım-Nicat, Aynur İsgəndərova və digər sənət adamları Rəşid Beybudovun repertuarından mahnılar ifa edib.

 

Share: