“Rəsmi Ankara Rusiya-Ukrayna münasibətlərini fərqli, “daha yumşaq” səviyyəyə gətirəcək”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın toplantısında deyib.
O, ukraynalı həmkarı Volodimir Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə etmək və onun həlli yollarını təklif etmək niyyətində olduğunu açıqlayıb. Prezident telefon danışığı zamanı “taxıl dəhlizi”nin və gübrə tədarükü ilə bağlı vəziyyətin müzakirə ediləcəyini bildirib.
O, telefon danışığının yanvarın 5-nə planlaşdırıldığı söyləyib.