
“Bakı Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib”.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistanla Azərbaycan bir-birinə etibar etmir.
“Ona görə də bu inamsızlığı aradan qaldırmaq üçün addımların atılmalıdır”, – Paşinyan bildirib.