Növbəti il üçün televiziya, radio və nəşriyyat sahəsinə ayrılan vəsait açıqlanıb.
Modern.az-ın xəbərinə görə, “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib ki, gələn il televiziya, radio və nəşriyyat sahəsinə 61 milyon 024 min 113 manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.