Türkiyənin Amasya şəhərində Ramazan bayramı müddətində vətəndaşlar sudan pulsuz istifadə edəcəklər.
Milletinsesi.az Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir qərarı Amasyanın bələdiyyə başçısı Məhməd Sarı verib.
Bələdiyyə başçısının qərarına əsasən Ramazan ayı və bayramı ərəfəsində Amasya sakinlərinə şəhərdə şəbəkə suyu pulsuz veriləcək.