Ramazanda 30 günlük orucun orqanizmə TƏSİRİ

Ramazan ayı son illərdə dünyanın yarısında isti havaların hökm sürdüyü mövsümə təsadüf edir. Bu, Norveç kimi bəzi ölkələrdə hər gün 20 saata yaxın yeməkdən məhrum olmaq deməkdir.

Bəs oruc sağlamlığa necə təsir edir və 30 gün oruc tutan bir insanın bədənində nə kimi dəyişikliklər baş verir?

Ən çətini ilk günlərdir

İnsan bədəni oruc tutduğunu sonuncu yemək qəbulundan 8 saat sonra dərk edir. Çünki bağırsaqlar yeməyi 8 saatdan sonra tamamilə həzm edir. Növbəti mərhələdə bədən enerji ehtiyaclarını ödəmək üçün qaraciyər və əzələlərdə qlükozaya yönəldilir. Qlükoza tükəndikdən sonra bədənin növbəti enerji qaynağı yağlardır.

Ramazan ayında şirniyyatlara “yox” demək çətindir. Amma şəkərə diqqət yetirmək vacibdir. Oruc tutan insanın bədəni enerji ehtiyacını ilk növbədə qaraciyərində toplanan qan şəkərini əmərək təmin edir.

Yağların yandırılması isə həm artıq çəkidən xilas edir, həm də xolesterin səviyyəsini və diabet riskini azaltmağa kömək edir. Digər tərəfdən qanda şəkər səviyyəsinin aşağı düşməsi ilə bədən zəifləməyə və uyuşmağa başlayır. Aclıq səviyyəsi artdıqda baş ağrısı, ürək bulantısı və pis ağız qoxusu kimi simptomlar özünü göstərməyə başlayır.

3-cü və 7-ci günlərə diqqət!

Bu günlərdə vücudunuz oruca alışmağa başlayır, yağı xərcləyib qanda şəkərə çevirir.

Su az içildiyi üçün tərləmə sürətlənir və maye itkisi artır.

İftar və imsakda karbohidratlar və faydalı yağların yeyilməsi bədənin enerji istehsalı üçün vacibdir.

Balanslı olmaq şərti ilə protein, duz və su kimi qidaların qəbulu da önəmlidir.

Ramazanın 8 və 15-ci günlərində bədən artıq oruca alışır

3-cü mərhələdə bədən artıq oruca alışır. İngiltərənin Kembric UniversitetiXəstəxanasında anestezoloq və reanimasiya məsləhətçisi çalışan Razin Mahruf iddia edir ki, bu mərhələ bədənə müsbət təsir göstərir:

“Gündəlik həyatımızda daha çox kalorili məhsullar yeyirik və bədən xəstəliklərdən qorunmaq kimi əhəmiyyətli vəzifələri yerinə yetirə bilmir. Oruc ərzində bu vəziyyət balanslaşdırılır, bədən öz funksiyalarını daha yaxşı yerinə yetirməyə başlayır. Dolayısı ilə infeksiyalara və xəstəliklərə qarşı müqaviməti güclənir.

Ramazanın 16-cı və 30-cu günləri detoks zamanıdır!

Ramazan ayının ikinci yarısında geniş bağırsaq, böyrək və dəri toksinləri təmizlənməyə başlayır. İngiltərəli ekspertin sözlərinə görə, bu dövrdə orqanların funksiyasını yerinə yetirmə gücü maksimuma yaxınlaşır. O, yaddaş və konsentrasiyanın yenidən gücləndiyini, enerjinin isə artdığını qeyd edib:

“Oruc şəfəqdən günəş doğuşuna qədər dövrü əhatə edir. Beləliklə enerji verən qidaları yemək imkanı olur. Oruc əzələləri qoruyur, eyni zamanda arıqlamağa kömək edir. Lakin bədən enerjini zülallardan almağa başlayırsa, növbəti aclıq rejimində əzələlərdən istifadə etməyə başlayacaq. Bu daha çox uzun müddət davam edən orucda rast gəlinir”.

Orucun sağlamlığa təsiri varmı?

Həkim hesab edir ki, oruc səhhətimiz üçün bir halda faydalı ola bilər:

“Oruc bizi nəyi və nə zaman yemək lazım olduğuna təlqin etdiyi üçün faydalıdır, amma bir aylıq müddəti uzatmaq və hər gün oruc tuta bilmərik. Orucun uzadılması yağların enerjiyə çevrilməsinə əngəl yaradır və bədən enerji üçün əzələlərdən istifadə edir. Bu mərhələ bədənə mənfi təsir edə bilər”.

Mütəxəssis həftənin 5 gün sağlam qidalanmağı, qalan 2 günü isə oruc tutmağın xüsusilə faydalı olduğunu bildirib.

Share: