Ramin Bayramlı yeni direktor təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Ehtiram Feyzullah oğlu Rüstəm-zadə Şamaxı rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib.

TƏBİB-dən Milletinsesi.az-a verilən məlumata görə, Ehtiram Rüstəm-zadə 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1993-1998-ci illərdə Bakı şəhər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasında tibb qardaşı, həkim-pediatr vəzifələrində çalışıb, xəstəxananın intensiv terapiya şöbəsində sağlamlığı kritik vəziyyətdə olan uşaqların müalicəsini həyata keçirib.

1996-1997-ci illərdə Sərhədsiz Həkimlər Təşkilatında İlkin Səhiyyə Xidmətləri Proqramında ümumi həkim kimi iştirak edən Ehtiram Rüstəm-zadə bir çox beynəlxalq tibbi layihələrin təşkilatçısı və rəhbəri də olub.

O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bir çox vəzifələrdə çalışıb.

 

Share: