Ramiz Mehdiyevin kürəkəni həbs edildi

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən AMEA prezidenti, akademik Ramiz Mmehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsində hakim qarşısına çıxıb.

Teleqraf.com xəbər verir ki, eks-deputatın qudası Rövşən Mustafayev toy məclisinin qaydalara uyğun şəkildə həyata keçirildiyini bildirib:

“Toyda 20-25 nəfər iştirak etmişdi. Kiçik məclis idi və qaydalara uyğun şəkildə açıq havada təşkil olunmuşdu. İştirak edənlər arasında 4 nəfər ailə üzvü və yaxın dostlar vardı”.

Məhkəmənin hökmü ilə Ramiz Mehdiyevin

kürəkəni, sabiq deputat İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bu hadisə bir daha göstərdi ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz, vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan hər bir şəxs məsuliyyətə cəlb olunur və olunacaqdır. Bu, qanunun tələbi və Azərbaycan Prezidentinin ali iradəsidir.

Share: