“Ramzan Kadırov komadadır?” – Ukrayna kəşfiyyatı

 

“O, təyyarə ilə Moskvaya çatdırılıb, lakin çeçen rəhbərinin vəziyyəti ümidsiz olduğuna görə o, Qroznıya qaytarılıb…”

 

“Bəzi məlumatlara görə, Kadırov Putinin əmri ilə FTX tərəfindən zəhərləndirilib və Berlində müalicə alır…”

 

Ukraynanın “Obozrevatel” (“İcmalçı”) internet-nəşri çeçen diasporasının adları çəkilməyən nümayəndələrinə istinadən Çeçenistan rəhbəri Ramzan Kadırovun komaya düşməsi barədə məlumat verib.

 

Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet-nəşri yayıb.

 

Sonradan Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov çeçen hakiminin kritik vəziyyətdə olduğunu təsdiq edib. 

 

“Bəli, həqiqətən də hərbi cinayətkar Kadırovun ağır vəziyyətdə olması barədə məlumat var, mövcud xəstəlikləri kəskinləşib və nəticədə ağır vəziyyətə gətirib çıxarıb”, – Yusov deyib. O, əlavə edib ki, bu məlumatı bir neçə mənbələr təsdiq edib.

 

“O, çoxdandır ki, xəstədir, söhbət sağlamlıqla bağlı sistemli problemlərdən gedir. Lakin son bir neçə gündə o, ağır vəziyyətdədir”, – Yusov deyib.

 

Bundan öncə “Obozrevatel”in çeçen diasporundakı mənbələri Kadırovun artıq bir neçə gündür komada olduğu barədə məlumat verib.

 

O, təyyarə ilə Moskvaya çatdırılıb, lakin Çeçenistan rəhbərinə yardım etmək mümkün olmayıb və o, Qroznıya qaytarılıb. Güman edilir ki, hazırkı mərhələdə Kadırovun xaricə, Birləşmiş Ərəb Əmirliklərinə köçürülməsi planlaşdırılır.

 

Çeçen hakiminin ağır xəstəliyi barədə artıq bir neçə aydır ki, şayiələr dolaşır. Belə ki, 2023-cü ilin mart ayında Almaniyanın “Bild” qəzeti Çeçenistanın sabiq baş nazirinin müavini Əhməd Zakayevə istinadən yazıb ki, Kadırovun ciddi böyrək xəstəliyi var.

 

Hətta Qroznı şəhərinə BƏƏ-dən Abu-Dabidəki “Burcil” xəstəxanasının nefrologiya şöbəsinin müdiri doktor Yasin İbrahim əl-Şəhət gəlib. Alman jurnalistlərinin məlumatına görə, Kadırov Moskva həkimlərinə etimad etmədiyinə görə, Əmirliklərdən həkim dəvət edib.

 

İnternet istifadəçiləri Kadırovun simasında kəskin dəyişikliklərə, sifətinin şişməsinə və barmağında tibbi cihazın olmasına diqqət çəkib. Bunun əsasında Çeçenistan rəhbərində böyrək problemlərinin olması güman edilib.

 

Onun xəstəliyini dolayısı ilə oğullarından biri də təsdiq edib, o, sosial şəbəkələrdə emosional video yerləşdirərək, atasını itirməyin necə də ağır olacağını ifadə edib. 

 

Kadırovun özü dəfələrlə öz xəstəliyi barədə şayiələri təkzib edib və bəyan edib ki, “onsuz da çox yaşamaq istəmir”.

 

Kadırovun xəstəliyi barədə şayiələr

 

Bundan öncə bəzi ukraynalı ekspertlər belə fikir ifadə edib ki, Kadırov Berlində qeyri-standart müalicə alır, çünki o, Putinin əmri ilə FTX tərəfindən zəhərləndirilə bilərdi. Bu barədə hərbi ekspert Oleq Jdanov deyib. 

 

Çeçenistan liderinin səhhətinin pisləşməsi barədə 2023-cü ilin martından şayiələr dolaşır. İlk dəfə “Bild” nəşri Kadırovun fevralın 21-də Putinin Rusiya Federal Məclisə müraciəti zamanı iclasda olmadığı barədə məlumat yayıb.

Mənbə

Share: