“Real” Benzema ilə müqaviləni yenilədi

“Real” Benzema ilə müqaviləni yenilədi

“Real” futbolçusu Kərim Benzemanın müqaviləsinin müddətini uzadıb.

Qol.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. 31 yaşlı hücumçunun yeni sözləşməsinin 2023-cü ilin yayına qədər olduğu bildirilib.

Qeyd edək ki, 2009-cu ildən “Real”da çıxış edən Benzemanın əvvəlki müqaviləsi 2021-ci ilin iyununa qədər idi. Fransız hücumçu bu mövsüm La Liqada 11 oyunda 9 qol vurub.

Share: