“Real Madrid” 38 yaşlı futbolçusu ilə müqaviləni yeniləyib

“Real Madrid” 38 yaşlı futbolçusu ilə müqaviləni yeniləyib

İspaniyanın “Real Madrid” klubu aparıcı futbolçusu Luka Modriçlə müqaviləni yeniləyib.

38 yaşlı yarımmüdafiəçi daha bir il “kral klubu”nun formasını geyinəcək.

Xorvatiya millisinin kapitanı madridlilərlə sözləşməsinin müddətini 2024-cü ilin yayına qədər uzadıb. ABŞ, Qətər və Səudiyyə Ərəbistanı klublarının təkliflərini rədd edən Modriç karyerasını hazırkı komandasında bitirmək arzusundadır.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real Madrid”in formasını geyinir.

Mənbə

Share: