Real qalib gəldi

 İspaniya La Liqasında 29-cu turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün 4 oyun oynanılıb.

“Osasuna” “Jirona”nı, “Atletik” “Rayo Valyekano”nu məğlub yola salıb. “Real” səfərdə “Alaves”ə, “Vilyarreal” isə “Betis”ə qalib gəlib.

13 aprel

“Osasuna” – “Jirona” – 2:1Qollar: Budimir, 38. İbanes, 79 – Asprilla, 90+6.

“Alaves” – “Real” – 0:1Qol: Kamavinqa, 34.

“Betis” – “Vilyarreal” – 1:2Qollar: Ruibal, 3 – Barri, 26. A.Peres, 48.

“Atletik” – “Rayo Valyekano” – 3:1Qollar: Sanset, 58-pen; 90+4. N.Uilyams, 80 – Siss, 37.

Turnir cədvəlinə 70 xalla “Barselona” başçılıq edir. “Real” 66 xalla 2-ci, bir oyun az keçirən  “Atletiko” 60 xalla 3-cüdür. 

Share: