“Real” futbolçusu Vinisius Juniorun klubdakı gələcəi ilə bağlı qərarını verib.
Millətin Səsi.az xəbər verir ki. bu barədə AS məlumat yayıb. Madrid təmsilçisi braziliyalı hücumçusunu komandada saxlamaq niyyətindədir .
“Real” 2025-ci ilin yayında Vinisius ilə yeni müqavilə bağlayacaq. Klub əsas oyunçusunu itirmək riskindən qorunmaq üçün belə bir addım atacaq.
Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının Vinisiusa ciddi maraq göstərdiyi bildirilirdi.
Ümumilikdə 24 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 20 matça çıxıb, 13 qol vurub və 9 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qol az.