“Real” Zidanın oğlunu göndərir

“Real” qapıçısı Luka Zidanla müqaviləni yeniləməyəcək.

Qol.az AS nəşrinə istinadən xəbər verir ki, “kral klubu” hazırda “Rasinq”də icarə əsasında çıxış edən 22 yaşlı qolkiperlə yollarını ayırmaq niyyətindədir. Bildirilir ki, baş məşqçi Zinəddin Zidanın oğlu  ilə Fransanın “Montpele” klubu maraqlanır.

Bundan başqa, ötən mövsüm “Oviedo”ya icarəyə göndərdilən Andrey Luninin Madrid təmsilçisinə qayıdacağı da qeyd olunub. Rəhbərlik 21 yaşlı qolkiperin  hazırda əsas qapıçı olan Tibo Kurtuanı əvəz edə biləcəyini düşünür.

Qeyd edək ki, L.Zidan 2017-ci ildən, A.Lunin isə 2018-ci ildən “Real”da çıxış edir.

Share: